Cəmiyyət

Əliyar Əliyevin oğlu: "Atamın qanı yerdə qalmadı..." - FOTO

28 Oktyabr 2020 03:30
Baxış: 5 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu, əslən Qubadlıdan olan Emin Əliyev bu rayonun işğaldan azad olunması ilə bağlı təəssüratını bölüşüb.

"Biz bu gün həm də ona görə qürurluyuq ki, atam Əliyar Əliyev kimi birinci Qarabağ döyüşlərində şəhid olan igid oğulların qanını yerdə qoymuruq".

Emin Əliyev müharibə bitən kimi hər kəsi Qubadlıya dəvət edəcəyini, orda Qubadlı adəti ilə qonaqlıq verib, qurban kəsəcəyini deyir:

"Dağıdılmış da olsa, gedib öz evimizi görəcəm. Bizə döyüşmək üçün ruh yüksəkliyi verən bilirsiz nədir? O torpaqlarda haqqı olan insanların haqqını geri qaytarmağa çalışmağımız. Qarabağın hər qarış torpağını geri qaytarandan sonra atam kimi yüzlərlə igid oğulların haqqını vermiş olacağıq. Bu torpaq o zaman bizə halal olacaq".

Sonda qəhrəman hərbçi bildirdi ki, mən döyüşçüyəm, torpaqlarımız düşmən tapdağından tam azad olunana qədər Ali Baş Komandanın əmrinə müntəzirəm. Qubadlı Azərbaycandır! //bizimmedia

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.