Cəmiyyət

Dağlıq Qarabağda son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

22 Sentyabr 2020 16:42
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 379 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 12 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 325 nəfər sağalıb, 52 nəfərin müalicəsi davam edir. 3 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır. 92 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.