Cəmiyyət

Misirin informasiya agentliyində Qubadlının işğalı barədə məqalə dərc edilib

6 Sentyabr 2020 20:59
Baxış: 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının məqaləsi Misir Ərəb Respublikasının "əl-Daulə" informasiya agentliyində dərc edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalə "Beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycanın Qubadlı şəhərini işğal etməsini qınayır" adlanır.

Məqalədə Qubadlı şəhərinin tarixindən və ermənilərin 31 avqust 1993-cü ildə tarixi Azərbaycan torpağını işğal etməsindən bəhs edilir. Yazıda, həmçinin beynəlxalq təşkilatların erməni işğalı barəsində çıxardığı qətnamə və bəyanatlara da toxunulub.

Məqalənin linki: http://www.aldawlanews.com/archives/681806

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.