Cəmiyyət

Kürün suyu artıb

30 Avqust 2020 19:00
Baxış: 1 006
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kür çayının aşağı axınında müsbət tendensiya müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, avqust ayının üçüncü ongünlüyündə yağıntıların aylıq normadan çox olması Kür çayının aşağı axınında səviyyənin artması ilə nəticələnib. Belə ki, avqustun 23-dən 26-dək səviyyə Kür-Surrada 140 sm, avqustun 25-dən 28-dək Şirvanda 146 sm, avqustun 24-dən 28-dək Salyanda isə 143 sm artıb.

Salyan və Neftçala rayonları ərazisində Kür çayı üzrə 14 məntəqədən götürülən su nümunələrinin analizi göstərir ki Salyan rayonu ərazisində Qaraqaşlı məntəqəsində, Neftçala rayonu ərazisində Xocalı, Ərəbqardaşbəyli, Surra, Kürqarabucaq, Qaralı, Dördlər, Xıllı, Qaravəlli, Uzunbabalı, Seyidlər, Bankə qəsəbəsi, Oryad və Mayak 1 məntəqələrində duzluluq 0.5-0,9 q/l, yəni norma daxilində olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.