Cəmiyyət

Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi - RƏSMİ

29 Avqust 2020 11:24
Baxış: 2 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Bakıda metropolitenin açılması ilə bağlı müzakirələr gedir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, bununla bağlı ölkə ictmaiyyətinə əlavə məlumat veriləcək.

"Metronun havalandırma sistemi, digər məqamlar risk faktoru kimi qiymətləndirilir. Bu, dünya praktikası ilə müqayisə edilir. Amma bütün hallarda sentyabrın 15-dək metronun fəaliyyəti müzakirə ediləcək. Bu sahədə daha fərqli qiymətləndirmənin və qərarların alınacağı da istisna edilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.