TQDK-dan Milli.Az xəbər portalına verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2010-cu il may ayının 3-dən 11-dək hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.
İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.
Qeydiyyatdan keçmək üçün abituriyent SQK-ya aşağıdakı sənədləri təqdim etməlidir:
1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün istifadə etdiyi TQDK-nın "Ödəmə kartı";
2. Orta təhsil haqqında sənədin əsli (2010-cu ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
3. Şəxsiyyət vəsiqəsi;
4. Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (Universitetində) Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.
Müsabiqə iki mərhələdən ibarətdir.
I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. "Beynəlxalq iqtisadi əlaqələr" ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, "Beynəlxalq münasibətlər" və ya "Beynəlxalq hüquq" ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu (XH altqrupu) üzrə imtahan verirlər.
Test imtahanında bölməsindən asılı olmayaraq, abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunur. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.
Test imtahanı 2010-cu il mayın 15-də keçiriləcək.
Abituriyentlərə "İmtahana buraxılış vərəqəsi" 13 və 14 may tarixlərində veriləcək. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə 2010-cu il mayın 17-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.
İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyun ayının 28-dən iyul ayının 4-dək aparılacaq. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən test imtahanı verəcəklər. "Beynəlxalq iqtisadı əlaqələr fakültəsi"nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
MDBƏİ-yə qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaq:
1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;
2. Milli pasportun surəti;
3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;
4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;
5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;
6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;
7. Sifilis müayinəsinin nəticəsi;
8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat;
Yataqxanada yaşamaq üçün tələbələr ayda 100-150 dollar ödəyirlər. Ödəmə 12 və ya 6 ay üçün əvvəldən həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları MDBƏİ-yə qəbul olduqları təqdirdə 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
TQDK Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul elan edir
22 Aprel 2010 14:36
Baxış: 291

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
-
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
"Qarabağ" "Zalsburq"a uduzdu
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
-
Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO
-
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı