Cəmiyyət

“Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri - VİDEO

26 İyul 2020 11:11
Baxış: 4 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!"

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş 18 yaşlı Xəyyam Daşdəmirov ölümündən əvvəl yazmışdı.  

Şəhid anası Vüsalə Daşdəmirova oğlunu belə xatırlayır:

"Xəyyam çox mərd, hörmətcil uşaq idi. Ancaq yaxşı sədaları gəlirdi. Xəyalları çox idi. Özü də vətənpərvər idi, özü istədi döyüşə getsin. Yaşı az idi, amma özü çox böyük idi. Qorxmaz idi, heç nədən qorxmurdu".

Daha ətraflı Azərbaycan Televiziyasının hazırladığı süjetdə izləyə bilərsiz:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.