Cəmiyyət

Bakıda torpağın qiyməti bahalaşdı

15 İyul 2020 02:30
Baxış: 1 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda torpaq bazarında qiymətlərdə artım müşahidə edilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, iyun ayı ərzində torpaq bazarında bir sotun orta qiyməti 24 283 manatdan 24 883 manata qədər artıb. Yəni ay ərzində qiymətdə artım 2.47 faiz, il ərzində isə 15.72 faiz təşkil edib.

Ekspertin sözlərinə görə, qiymət artımı mövsümi xarakter daşıyır.

O qeyd edib ki, adətən yay mövsümündə torpağa tələbat artdığına görə buna müvafiq olaraq torpaq bazarında qiymət artımı müşahidə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.