Cəmiyyət

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, sürücü yaralanıb - FOTO

4 İyul 2020 21:21
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax magistralının 136-cı kilometrliyində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gədəbəy sakini, 1984-cü il təvəllüdlü Sülhəddin Qurbanovun idarə etdiyi mişar daşı ilə yüklənmiş  "HOVO" markalı avtomobil hərəkətdə olarkən 100-dən çox iribuynuzlu heyvanla yüklü olan Ukrayna vətəndaşının idarə etdiyi  "VOLVO" markalı TIR arxadan ona çırpılıb.

Nəticədə daşla yüklənmiş yük avtomobili aşıb, mişar daşları yola tökülüb.

"HOVO" markalı yük avtomobilinin sürücüsü müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər sürücünün sol qolunun amputasiya təhlükəsinin olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.