Cəmiyyət

BNA-ın Mətbuat xidmətinin rəhbəri və ailə üzvləri koronavirusa yoluxdu

28 İyun 2020 18:58
Baxış: 3 685
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev və ailəsi koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mais Ağayev özü məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün davam edən hərarət və halsızlıqla bağlı həkimə müraciət edib: "Mən, həyat yoldaşım və övladımın test nəticələri pozitiv çıxdı. Mən inanıram ki, virusa qalib gələcəyik".

Mais Ağayev vətəndaşlara müraciət edərək bildirib ki, gündəlik gigyenik qaydalara əməl etsinlər, maskadan istifadə etsinlər, çünki məsuliyyətsiz davranış digər bir insanın yoluxmasına səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.