Cəmiyyət

Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələndi

6 İyun 2020 21:32
Baxış: 1 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, karantin rejimi təqbiq olunan vaxtdan yəni iyunun 6-sı saat 00.00-dan bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib. Nəqliyyatın hərəkəti qadağan edildiyindən, bütün mağaza və restoranların, həmçinin iaşə obyektlərinin fəaliyyəti tam dayandırıldığından Bakının küçə və prospektlərində, park və xiyabanlarında tam boşluq yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.