Cəmiyyət

Tahir Kərimli: Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir

6 Aprel 2020 21:40
Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfv fərmanı bir daha sübut etdi ki, dövlət başçısı həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev növbəti əfv fərmanını imzalamaqla Ümummlli lider Heydər Əliyevin humanizm ənənəsini davam etdirdi.

"Biz bilirik ki, 65 yaşdan yuxarı insanlar koronavirusa infeksiyasına yoluxma baxımından həssas qrupdur. Onların cəzaçəkmə məntəqələrində deyil, evdə izolyasiya olunmaları daha vacibdir. Cənab Prezident də cinayət törətmiş 65 yaşdan yuxarı olan şəxslərin qayğısına qalaraq onları cəzadan azad etdi. Dövlət başçısı həmin cəza çəkən şəxslərin ailə üzvlərinin müraciətinə reaksiya verərək, onların davranış tərzlərini nəzərə alıb cəzalarını bağışladı.

Bu sərəncamla 100-dən artıq ailəyə sevinc bəxş olundu. Azad olunan məhkumlar da bu addımı müsbət qiymətləndirəcək və bundan sonra Azərbaycan qanunlarına hörəmətlə yanaşacaq, dövlətə və dövlətçiliyə ximət edəcəklər. Əfv fərmanı bir daha sübut etdi ki, cənab Prezident həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir".

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin bu addımı dövlət-xalq münasibətlərini daha da möhkəmləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.