Cəmiyyət

Gürcüstandakı səfirliyimiz Avropadan gələn daha 30 vətəndaşın ölkəmizə qayıtmasını təmin etdi

15 Mart 2020 22:21
0 Şərh     Baxış: 1 158
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropa ölkələrindən Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımı köməkliyi davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, martın 15-də Avropadan gələn daha 30 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə-Gürcüstan "Sarp" sərhəd-keçid məntəqsindən xüsusi avtobuslarla "Qırmızı körpü" sərhəd keçid məntəqəsinə gətirilib. Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar. Qeyd edək ki, bundan əvvəl də 30 nəfər vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.

Məlumat üçün bildirək ki, səfirlikdə "qaynar xətt" yaradılıb: +995- 577-06-50-50

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.