Cəmiyyət

Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi

27 Fevral 2020 08:03
1 Şərh     Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti "Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal Standartları" qərarında dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda göstərilib ki, narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu vəziyyətində) təxirəsalınmaz tibbi tədbirlər, insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarıdır.

Qərarla narkoloji xəstəliklərə düçar olmuş şəxslər dövlət büdcəsinin vəsaiti hesabına fiziki vəziyyətin korreksiyası - ümumi möhkəmləndirici, psixotrop maddələrlə, eyni zamanda metadon hidroxlorid əvəzedici preparatla, psixoloji reabilitasiya, psixoloji korreksiya və psixoterapiya ilə müalicə olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.