Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıtda nömrələnmiş ağacların sirri açıldı - FOTO
12 Mart 2015 00:10
0 Şərh
Baxış: 3 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə Milli.Az saytında "Sumqayıtlılardan şəhəri qorumaq üçün kövrək addım" başlıqlı yazı getmişdi
Xəbərdə bildirilirdi ki, Sumqayıtın Kotec adlanan ərazisində, Mehdi Hüseynzadə və Qorki küçələrinin kəsişdiyi yerdə sakinlər ağacların hamısını işarələyib və sayını qeyd ediblər. Hər bir ağacın üzərinə nömrə qoyublar. Ağaclığın içindəki metal lövhəyə isə "Parka dəymə! Bu park uşaqlarındır!" sözlərini də yazıblar. Sakinlər qeydləri etdikləri tarixi də yazıblar. Həmin yazılar bu ilin fevral ayının 16-da yazılıb.
Sakinlərin belə addım atmaları səbəbsiz deyil. Bir neçə gün əvvəl 3-4 nəfər gəlib bu ərazidə ölçü-biçi aparıblar. Həmin şəxslərin yanında icra hakimiyyətində çalışan vəzifəli şəxs də olub. Odur ki, sakinlər onların nəfəslərini kəsməyə çalışan yaşıllıq qənimlərinə qarşı bu cür mübarizə üsulu seçiblər. Ağacları son zamanlar qiymətə minən dollar sevdalılarından qorumaq üçün sona qədər dirənəcəklərini deyirlər.
Milli.Az olaraq, doğrudan da, narahatçılıq üçün əsasın olub-olmadığını araşdırmağa çalışdıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq.
Qurum rəsmisinin sözlərinə görə, nazirliyin müvafiq qurumunun əməkdaşları Sumqayıt şəhərində həmin hadisəni araşdırıblar. Məlum olub ki, Mehdi Hüseynzadə və Qorki küçələrinin kəsişdiyi yerdə ağaclar üçün təhlükə yoxdur. Şəhər İcra Hakimiyyətindən nazirliyə bildiriblər ki, həmin ərazidə abadlıq işləri görülməsi nəzərdə tutulub. Ona görə, də icra hakimiyyətinin nümayəndələri həmin əraziyə baxış keçiriblər. Həmin şəxslərin ərazidə görünməsi və ölçü-biçi işləri aparması sakinlərin narahatçılığına səbəb olub.
İradə İbrahimova bildirib ki, qeyd olunan ərazi nazirliyin nəzarətinə götürülüb. Orada ağacların kəsilməməsi üçün lazımi tədbirlər görülüb.
Teymur Hacıyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığında YANĞIN
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
DÇ-2026-nın açılışında ölüm hadisəsi olub
-
İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
İsti havalarda az yemək təhlükəli ola bilər
-
Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO
-
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Yay mövsümündə əhali Bakıdan ən çox hansı istiqamətlərə uçurlar?
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
PSJ Olise üçün hərəkətə keçdi
-
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
-
Novxanı və Xırdalanın bəzi ərazilərində qaz kəsilib