Cəmiyyət

Azərbaycanda vəhşi çöl pişiyi - VİDEO - FOTO

26 Noyabr 2014 09:54
0 Şərh     Baxış: 2 633
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vəhşi heyvan Xızının Altıağac kəndindəki vəhşi təbiətin bərpası mərkəzinə təhvil verilib

Son vaxtlar çağırılmamış qonaqlar şimal bölgəsində sakinlərin tez-tez qonağı olur. Bu dəfə yenə Şabranda vəhşi çöl pişiyi həyətə təşrif buyuraraq ailəni qorxudub.

Ev sahibi Aydın Məmmədov: "İstədim atılım üstünə, cumdu üstümə, qaçdı aşağı. Aşağı qaçanda üstünə atıldım, qayıdıb üstümə cumanda taxta ilə vurdum qıçına, özümü müdafiə etmək üçün yabanı keçirdim boynuna. Mənim üstümə gəlirdi..."

ANS TV-nin məlumatına görə, Aydın Məmmədov vəhşi çöl pişiyinin Şabran şəhərindəki 20 Yanvar küçəsinə qəfil gəldiyini, birdən onu həyətlərində gördüyünü deyir. Onun sözlərinə görə, balaca olsa da, heyvanın vəhşi olması onu narahat edib. Məhəllənin bütün sakinləri vəhşi heyvanların onların şəxsi təsərrüfatına çox ziyan vurduğunu dedilər, sən demə, neçə vaxtdır həyətlərdən yoxa çıxan toyuq-cücənin qənimi də bu çöl pişiyi imiş.

"O qədər vəhşiləşiblər ki, gəlib heyvana, qoyun-quzuya cumurlar. Baxma bunların balacalığına, quduzluq xəstəliyi belələrindən əmələ gəlir də", - deyə sakin Qulamhüseyn Məmmədzadə bildirib.

Vəhşi çöl pişiyinin taleyini həll eləmək üçün çəkiliş məkanına Ekologiya və Təbii Sərvətlər Nazırliyinin Xaçmazdakı 5 saylı idarəsinin nümayəndəsini dəvət etdik. Elşən Mirzəyev bu heyvanın yaralanmış ayağını sağaltmaq üçün onu Xızıya aparacağını dedi.

Ekologiya idarəsinin əməkdaşı Elşən Mirzəyev qeyd edir ki, çöl pişiyi sağalandan sonra vəhşi təbiətə buraxılacaq.

Vəhşi heyvan çox çətinliklə tutularaq kisəyə, sonra avtomaşına qoyuldu.

Nümayəndə çöl pişiyini Xızının Altıağac kəndindəki vəhşi təbiətin bərpası mərkəzinə təhvil verib. Heyvanın ayağı sağalandan sonra o azadlığa buraxılacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.