Bu barədə Milli.Az xəbər portalına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat daxil olub.
Bildirilib ki, Bakı şəhərində kütləvi olaraq məktəbli geyimləri istehsalı ilə məşğul olan "Bakı Tikiş Evi" ASC öz məhsullarını Milli Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Müraciət əsasında müəssisədə istehsal olunan məktəbli paltarlarından (oğlanlar üçün göy rəngli parçadan gödəkcə və şalvar, qızlar üçün göy rəngli parçadan pencək və damalı parçadan yubka) və məktəbli paltarları üçün astarlıq parçadan nümunə götürülərək komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yüngül sənaye məhsullarının sınaq laboratoriyasına təqdim edilmişdir.
Sınaqlar cari ilin 22-30 sentyabr tarixlərində həyata keçirilmişdir. Sınaqlar nəticəsində nümunələrin yoxlanılmış göstəricilərinə görə ГОСТ 25295-2003 standartının tələblərinə cavab verdiyi müəyyən olunmuşdur. Sınaq protokolları əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsi "Bakı Tikiş Evi" ASC-nin istehsal etdiyi "məktəbli oğlanlar üçün kostyum (gödəkcə və şalvar)" və "məktəbli qızlar üçün kostyum (pencək və yubka)" məhsullarına uyğunluq sertifikatlarının verilməsi barədə qərar qəbul etmişdir. Müəssisə 1 oktyabr 2010-cu il tarixindən uyğunluq sertifikatları ilə təmin edilmişdir.
Bundan başqa "Bakı Tikiş Evi" ASC tərəfindən "BTE" loqotipinin əmtəə nişanı kimi qeydiyyatı ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə iddia ərizəsi daxil olmuşdur. Hazırda qeydiyyatla bağlı məsələlər ekspertiza mərhələsindədir. Ekspertizanın rəyi yaxın günlərdə məlum olacaq.
Xatırladaq ki, "Bakı Tikiş Evi" ASC-nin istehsal etdiyi məktəbli formalarının nəhayət, Dövlət Komitəsi tərəfindən qənaətbəxş qiymətləndirilməsi və sertifikat veriləcəyi barədə Milli.Az xəbər portalı məqalə dərc etmişdi.
Milli.Az
Uyğun linklər:
Məktəbli geyimi mübahisələrinə son: formanın keyfiyyətində razılığa gəlindi!
"Bakı Tikiş Evi"ndə istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələri açıqlanıb
Təhsil İdarəsi: Məktəbli geyimlərinin yalnız "Bakı Tikiş" ASC-nin istehsalı olması barədə heç bir rəsmi göstəriş verilməyib
"Bakı Tikiş"in tikdiyi məktəbli geyimlərinin modelləri oğurlanaraq Çində hazırlanır
Dövlət Komitəsi: "Bakı Tikiş Fabriki sertifikatsız məktəbli geyimi istehsal edir"
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Bakı Tikiş Evi”nin məktəbli geyimlərinə sertifikat verildi
6 Oktyabr 2010 13:34
Baxış: 674

DİGƏR XƏBƏRLƏR
-
"Allah haqqı, itin zülmünü çəkirik"
-
Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
-
Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur
-
Corat bağlarında nə baş verir? - "Heç kim həyətində rahat otura bilmir"
-
Lift niyə tez-tez xarab olur? - Qurumdan AÇIQLAMA
-
Alimlər ömrü uzatmağın yolunu tapdı - İki dərmandan ibarət kokteyl...
XƏBƏR LENTİ
-
"Ford" bu avtomobilləri geri çağırır
-
Ayan elə geyimdə küçədə pozlar verdi ki... - VİDEO
-
Hansı Bürclər Cəhənnəmə gedəcək? - Astrologiyaya görə, "təhlükəli siyahı" AÇIQLANDI
-
Şəbnəm makiyajsız belə görünür - VİDEO
-
Ərdoğan Zelenski ilə danışdı
-
Almaz Ələsgərli bu məşhurlarla qohum imiş
-
Alça yedikdən sonra bunu edin
-
İki ulduz futbolçu "Fənərbaxça"dan ayrıldı - Rəsmi
-
Günün qoroskopu: Gözlənilməz xəbərlər ala bilərsiniz
-
“87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir” - Rəşid Mahmudovla gündəm müsahibə
-
BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ icraçı direktorunun çıxışı yerləşdirilib
-
Xərçəng təhsilinə əngəl olmadı - İmtahanda yüksək nəticə göstərdi- FOTO
-
"Allah haqqı, itin zülmünü çəkirik"
-
"Üzüldüm, fikirdən arıqlamışam"
-
Ən yüksək balı onlar topladı - FOTO
-
Tələbə faciəvi şəkildə öldü
-
“Bundan xoşbəxt gün ola bilməz” - Elşad Quliyev
-
Gəncənin bombalanmasının şahidi - "Hadisə zamanı ətrafa 60-70 bombacıq düşdü" - FOTO
-
Ağdərədə minaya düşən mülki şəxsin vəziyyəti açıqlandı - yenilənib
-
"Xəyanət qlobal məsələ deyil ki, ailəmi dağıdam"
-
Minifutbol millimiz dünya çempionatının finalına yüksəldi
-
Elgizin səhhəti pisləşdi: "Az qala ölmüşdüm"
-
Hər kəs Günəşdəki bu görüntüdən danışır
-
Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq