Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev Trend-ə bildirib ki, küy texnologiyasından istifadə etməklə mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkündür. Azərbaycan alimləri bu məqsədlə hazırladıqları texnologiyadan ilk mərhələdə mobil telefon vasitəsilə reanimasiyada yatan xəstənin vəziyyətinə nəzarət etmək üçün istifadə etmək niyyətindədirlər.
Əliyev qeyd edib ki, adətən xəstəxanaların reanimasiya şöbələrində yatan xəstələrin səhhətinə kimsə nəzarət edir. Yeni texnologiyanın quraşdırıldığı mobil telefonu ürək nahiyəsinin üzərinə qoyduqda o, ürəkdəki küyə görə xəstənin vəziyyətinin dəyişməsi barədə məlumat alacaq. Daha sonra isə telefon xəstənin qohumlarına və ya həkiminə, xəstəxanadakı növbətçi personala avtomatik olaraq zəng edəcək və onları xəstənin vəziyyətinin dəyişməsindən xəbərdar edəcək. Mobil telefon yalnız onun yaddaşına yazılmış nömrələrə avtomatik zəng edə biləcək.
"Həmin telefonun funksiyası diaqnostika qoymaq deyil, monitorinq aparmaq olacaq. Bu telefon olduqda artıq xəstənin yanında gecə-gündüz kiminsə qalmasına ehtiyac olmayacaq. Telefon hər saniyədə xəstənin vəziyyətini yoxlayacaq", - institut direktoru qeyd edib.
Bu layihənin icrasının bir neçə ilə qədər uzana bilməsinin mümkünlüyünü qeyd edən Əliyevin sözlərinə görə, bu ilin əvvəlində beynəlxalq nüfuza malik "Lamber" və "Palmarium" nəşriyyatları Azərbaycan alimlərinin "Mobil telefon vasitəsilə ürəyin küyünə nəzarət" adlı kitabını rus və ingilis dillərində çap edib. Bu kitabda küy texnologiyasından istifadə etməklə ürək-damar və nəfəs yolları sisteminin patologiyasının başlanğıc mərhələsinin monitorinqinin aparıla bilməsi sübut edilib. Həmin kitab vasitəsilə bu monitorinq sisteminin texnologiyasının Azərbaycana məxsus olduğu beynəlxalq aləmə elan edilib.
"Artıq "Nokia" şirkəti Azərbaycanın bu yeniliyi ilə maraqlanıb. Biz onlarla danışanda dedik ki, mobil telefonda bu sistemdən ilk mərhələdə reanimasiya xəstələrinin vəziyyətinin dəyişməsinin monitorinqi üçün istifadə edək. Ancaq gələcəkdə bu sistem digər eksperimentlər üçün telefonun funksiyasına əlavə edilə bilər. Hazırda layihənin reanimasiyada yatan xəstələr üçün istifadəsi aktual planımızdadır", - Əliyev qeyd edib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycan səhiyyəsində mobil yenilik
3 Aprel 2013 15:45
Baxış: 485

DİGƏR XƏBƏRLƏR
-
"Allah haqqı, itin zülmünü çəkirik"
-
Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
-
Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur
-
Corat bağlarında nə baş verir? - "Heç kim həyətində rahat otura bilmir"
-
Lift niyə tez-tez xarab olur? - Qurumdan AÇIQLAMA
-
Alimlər ömrü uzatmağın yolunu tapdı - İki dərmandan ibarət kokteyl...
XƏBƏR LENTİ
-
Ayan elə geyimdə küçədə pozlar verdi ki... - VİDEO
-
Hansı Bürclər Cəhənnəmə gedəcək? - Astrologiyaya görə, "təhlükəli siyahı" AÇIQLANDI
-
Şəbnəm makiyajsız belə görünür - VİDEO
-
Ərdoğan Zelenski ilə danışdı
-
Almaz Ələsgərli bu məşhurlarla qohum imiş
-
Alça yedikdən sonra bunu edin
-
İki ulduz futbolçu "Fənərbaxça"dan ayrıldı - Rəsmi
-
Günün qoroskopu: Gözlənilməz xəbərlər ala bilərsiniz
-
“87 yaşımda siqareti tərgitdim,ən qorxulu qidalardan biri də çörəkdir” - Rəşid Mahmudovla gündəm müsahibə
-
BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ icraçı direktorunun çıxışı yerləşdirilib
-
Xərçəng təhsilinə əngəl olmadı - İmtahanda yüksək nəticə göstərdi- FOTO
-
"Allah haqqı, itin zülmünü çəkirik"
-
"Üzüldüm, fikirdən arıqlamışam"
-
Ən yüksək balı onlar topladı - FOTO
-
Tələbə faciəvi şəkildə öldü
-
“Bundan xoşbəxt gün ola bilməz” - Elşad Quliyev
-
Gəncənin bombalanmasının şahidi - "Hadisə zamanı ətrafa 60-70 bombacıq düşdü" - FOTO
-
Ağdərədə minaya düşən mülki şəxsin vəziyyəti açıqlandı - yenilənib
-
"Xəyanət qlobal məsələ deyil ki, ailəmi dağıdam"
-
Minifutbol millimiz dünya çempionatının finalına yüksəldi
-
Elgizin səhhəti pisləşdi: "Az qala ölmüşdüm"
-
Hər kəs Günəşdəki bu görüntüdən danışır
-
Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB