Cəmiyyət

Şəhid atası vəfat etdi - FOTO

3 Avqust 2025 10:05
Baxış: 534
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.

Milli.Az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Gözəlov müalicə aldığı  Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib.

Onun yaxın vaxtlarda Bakıda xəstəxanalarından birində mədəsindən əməliyyat keçirdiyi, daxili orqanında bədxassəli şişin aşakarlandığı bildirilir.

Qeyd edək ki, şəhid Gözəlzadə Ceyhun Nazim Oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. /"Qafqazinfo" 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.