Cəmiyyət

Samuxda “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilib - FOTO

31 May 2025 14:17
Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samux rayonunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Samux rayonu komitəsinin  birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə  tədbir keçirilib. 

Tədbirdə çıxış edənlər uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıblar. 

Samux rayonu Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən uşaq bağçası-körpələr evinin kollektivlərinin  bir-birindən maraqlı çıxışları uşaqların könlünə oxşayıb. Şən musiqi və rəqs nömrələri  balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib.

Bayram şənliyində Gəncə Dövlət Kukla Teatrının aktyorları uşaqları üçün xüsusi proqramla  çıxış ediblər. 

Sonda uşaqlara xatirə hədiyyələri təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.