Cəmiyyət

Xudayar Yusifzadənin qardaşı məşhur müğənninin qızı ilə evlənir

13 Dekabr 2024 17:08
Baxış: 3 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Vətən müharibəsinin məşhur şəhidlərindən olan Xudayar Yusifzadənin qardaşının toyudur.

Milli.Az-ın əldə et məlumata görə, şəhid Xudayar Yusifzadənin qardaşı İlkin Yusifzadə Nilufər adlı xanımla ailə həyatı qurur. 

Toy mərasimi Bərdə şəhərində baş tutacaq.

İlkin Yusifzadənin xanımı Bərdə və ətraf rayonların tanınmış musiqiçisi, müğənni Elizamin Bərdəlinin qızıdır. 

Məclisdə bir sıra yüksək vəzifəli şəxslər, tanınmış sənətçilər və media nümayəndələri iştirak edəcək. 

Manşet.az xəbər portalının kollektivi əziz şəhidimiz Xudayar Yusifzadənin qardaşı və onun xanımını təbrik edir və onlara xoşbəxtlik arzulayır.  /Manset.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.