Cəmiyyət

Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - VİDEO

14 May 2024 12:28
Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında gərginlik yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, buna səbəb sərnişin avtobuslarında əlil arabaları üçün qoyulmuş pandusların sürücü tərəfindən açılmaması olub.

Sərnişinlər fiziki məhdudiyyətli şəxs üçün sürücü tərəfindən pandusun açılmasını tələb ediblər. Sürücü pandusu açmaq istəmədikdə isə gərginlik daha da alovlanıb. Baş verənlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb. Mübahisələrin ardınca sürücü pandusu açıb.

Hadisə ilə bağlı sərnişin avtobusunun aid olduğu "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, sosial şəbəkələrdəki görüntülərlə tanışdırlar. Bununla bağlı olaraq sürücü barəsində tədbir görüləcək:

"Bəzi hallarda pandusların açılması ilə bağlı problemlər olur, onunla bağlı da texniki yoxlama aparılır".

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.