Cəmiyyət

"Cığır" yeni dövrün "Qarabağnamə"sidir

7 May 2024 15:55
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzən müxtəlif sahələrdəki uğur və uğursuzluqlar, qazanılan bilik və təcrübələr şəxsin məhz bir sahədəki böyük işləri üçün vəsilə olur. Yazıçı  Yunus Oğuz  Azərbaycanın müasir ədəbiyyatının xüsusi təqdimata ehtiyacı olmayan imzasıdır. Amma yalnız ədəbiyyatının deyil; ədəbiyyata gəlməzdən əvvəl o, alim, milli azadlıq hərəkatının fəal iştiakçısı, məmur, ilk  siyasi partiyalardan birinin qurucusu, nəhayət yeni dövr mediamızın yaradıcılarından biri kimi yetərincə tanınırdı".

Milli.Az bildirir ki, bu sözləri Olaylar.az-a siyasi  şərhçi Cəmaləddin  Quliyev deyib: 

"Ədəbiyyat sahəsindəki ilk işləri ilə tanışlıqdan sonra nədənsə məndə Yunus Oğuz haqda belə qənaət yaranmışdı- bütün qazandığı təcrübələr ədəbiyyata doğru yol gəlmək üçünmüş.  Nadir şah haqda romanını oxuduqdan sonra isə bir sual məni düşündürürdü- ədəbi təcrübələri, tarixi bilgiləri onu nəhayət müasir dövrə gətirəcəkmi? Fərqli üslubu-tarixi dokumentalsitikaya meyilliyi nədənsə məndə bu suala cavabın müsbət olacağına əminlik yaradırdı. Nəhayət ki, son romanlarında- "Uçurum" və "Cığır"da bu keçidin şahidi olduq. 

"Cığır"- püxtə, kamil, müqtədir bir qələmin məhsuludur.  
"Cığır" -Qarabağ Azərbaycandır!" nidasının reallaşmasını əks etdirən   yeni dövrün "Qarabağnamə"sidir, böyük Zəfərimizin tarixi kökləri haqda bədii üslubda araşdırmadır.  

"Cığır"- Qarabağın naci-qaziləri, Baş Qazi  haqda yazılmış salnamədir. O qazilər ki, Azərbaycanın son 200 illik tarixinin ən mühüm zəfərinə imza atıb, xalqımızın tarixi taleyini dəyişiblər. 

"Cığır"- bir cığırı tarixin yeni mərhələsinə aparacaq şah yola çevirmiş qəhrəmanlıqları əbədiləşdirmiş əsərdir .

"Cığır" - türk xalqlarının  cığırdaşlığının, nəhayət ki, gerçək arxadaşlığa və qardaşlığa çevrilmə tarixinin tərənnümüdür.

Sonda Yunus Oğuzun "Uçurum" romanı haqda qeydimi  xatırlatmaq istəyirəm:"Azərbaycanda millət quruculuğu naminə ədəbiyyatın gücündən istifadə təşəbbüsləri daha çox fərdi təşəbbüslərdir. Bu təşəbbüslərin ən ciddi nümunələri içində Yunus Oğuzun qələmə aldıqları da var".  Qələmə alınmış uğurlu bir əsərin ciddi dəyərləndirilməsinə, kino həllinin tapılmasına da ehtiyac var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.