Cəmiyyət

Çayxananın bağlanması xoşuna gəlmədi, obyekt işlədəni bıçaqladı – TƏFƏRRÜAT - VİDEO

29 Aprel 2024 14:00
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada müştəri çayxana sahibini bıçaqlayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə rayonun Qandax kəndində baş verib. Kafeyə hgələn müştəri, Qandax kənd sakini 38 yaşlı Tural Bayramovla çayxananı işlədən həmkəndlisi - 33 yaşlı Nurlan Muradov arasında mübahisə baş verib.

İddiaya görə, gecə saatları olduğundan kafeni bağlamaq istəyən sahibi müştərilərin çıxmasını tələb edib. Zərərçəkmişin atası deyir ki, bununla razılaşmayan müştəri Tural Bayramov mübahisə edib və evdən gətirdiyi bıçaqla Nurlan Muradova 10-dan çox bıçaq zərbəsi vurub.

Hadisə zamanı ağır xəsarətlər alan Nurlan Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, cərrahi əməliyyat olunub. Hadisədən sonra polisə əməkdaşları hərəkətə keçib.

Hazırda yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən Tural Bayramov 2020-ci ildə də eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Onun bir müddət öncə azadlığı çıxdığı bildirilir.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.