Cəmiyyət

Azərbaycanda bu məhsullar bahalaşdı - QİYMƏTLƏR - VİDEO

9 Mart 2024 11:41
Baxış: 2 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quru meyvələrin və çərəzlərin qiyməti artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Novruz bayramı ərəfəsində quru meyvələrə və çərəzlərə tələbat artıb. Alıcılar deyirlər ki, qiymətlərdə ötən illə müqayisədə xeyli artım var.

Satıcılar isə bildirirər ki, alıcılar daha çox bayrama bir neçə gün qalmış bazara üz tuturlar. Son günlər əsasən qoz və fındığa tələbat artıb. Ötən ilə nisbtən qiymətlərdə artım olduğunu onlar da təsdiqlədilər.

Satıcılar deyirlər ki, yerli məhsulla yanaşı, Türkiyə, Özbəkistan və Ukraynadan gətirilən çərəzlərə də tələbat yüksəkdir. Hazırda isə bazarda ən bahalı çərəz Türkiyədən idxal olunan fıstıqdır. Yerli məhsullardan isə fındığın qiyməti artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.