Cəmiyyət

Ev telefonunun borcu ödənmədikdə müqavilə nə zaman qüvvədən düşür? - VİDEO

20 Fevral 2024 12:28
Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda stasionar telefonlardan istifadə edənlərin sayı azalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2021-ci ildə 1 377 200, 2022-ci ildə isə 1 339 900 olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu isə bir il ərzində 37 mindən çox azalma deməkdir.

Lakin ev telefonlarından istifadə edənlərin sayı azalsa da, internet istifadəçilərinin sayı artıb. Ölkə üzrə hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı 2021-ci ildə 86,7, 2022-ci ildə isə 88,1 faiz təşkil edib.

Vətəndaşlar ev telefonundan istifadəyə marağın azalmasını mobil telefonlarda görüntülü danışma və səs imkanlarının geniş olması ilə əlaqələndirirlər.

Qeyd edək ki, abonent ev telefonuna görə borcunu ödəmədikdə bağlanmış müqaviləyə üç ay sonra xitam verilir. Bununla yanaşı, abonentə əlavə iki ay möhlət hüququ verilir. Bu müddət ərzində də ödəniş olunmasa, ümumilikdə beş aydan sonra müqavilə tamamilə qüvvədən düşmüş sayılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.