Cəmiyyət

Azərbaycanlı professor vəfat etdi - FOTO

21 Yanvar 2024 15:33
Baxış: 2 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru Müdafiə Cəmil oğlu Mahmudov vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968-1969) vəzifəsində işləyib. 1980-1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989-2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında dosent, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. "Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri" (2009) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Ali və orta ixtisas təhsilinin nəzəri problemləri" şöbəsində baş elmi işçi (2013-2014), "Müəllim hazırlığı kurikulumu" şöbəsinin müdiri (2014-2015) vəzifələrində işləyib.

2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın elmi məqalənin müəllifidir. "Ukrayna-Azərbaycan dostluq körpüləri", "Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə" medallarına və Ukrayna Milli Elmlər Akademiyasının akademiki V.İ.Mossokovski adına fəxri medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.