Cəmiyyət

Mülayim İslam, yoxsa radikal?

25 Dekabr 2023 01:01
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam bir dindir. Allahın dinidir. Dövrdən dövrə dəyişikliyə məruz qalmaz. İnsanlar da İslamı Allahın bildirdiyi kimi başa düşməlidirlər. Bir dövrdə başqa, digər bir vaxtda da başqa bir İslam anlayışı Allahın istədiyi bir şey ola bilməz. Bu, olsa-olsa, insanların öz istəklərinə əsasən formalaşdırdıqları şeylərdən ibarətdir.

Allah Təala axırıncı nazil olan ayədə: "Bu gün sizin dininizi tamamladım. Sizə olan nemətimi tamamladım və din olaraq İslamdan razı oldum", - deyə buyurur (Maidə, 5/3). Din Qurani-Kərimdən ibarətdir. Bütün müsəlmanlar bu gün və hər bir dövrdə İslamı Qurana əsasən başa düşməli və ona əsasən yaşamalıdırlar. Necə deyərlər, Allah necə istəyirsə, o cür. Yəni, özlərinə sərf etdiyi kimi yox! Külək hansı tərəfdən əsirsə, o tərəfə yox!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.