Cəmiyyət

Tarixi keçmişi məhv edilən İrəvanla bağlı film - VİDEO

22 Dekabr 2023 21:02
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CBC telekanalının çəkiliş qrupu yenidən Ermənistanda olub, burada tarixi abidələrin, İrəvanda azərbaycanlıların keçmişdə məskunlaşmasını sübut edən digər yerlərin taleyi ilə bağlı jurnalist araşdırması aparıb.

Telekanaldan bildirilib ki, çəkiliş zamanı Ermənistan hakimiyyətinin İrəvandakı azərbaycanlıların mədəni irsini məhv etmək cəhdləri üzə çıxıb.

Çəkiliş qrupu Sovet İttifaqının mövcud olduğu dövrdə sökülən XVII əsrə aid Zalxana məscidinin əvvəllər yerləşdiyi ərazidə olub. Çəkilişlər əvvəllər azərbaycanlıların yaşadığı Firdovsi küçəsində də aparılıb. Məlum olub ki, orada köhnə evlərin irimiqyaslı söküntüsü davam edir.

Cəfər Cabbarlı adına Azərbaycan Dram Teatrının yerləşdiyi binanın taleyinə aydınlıq gətirilib.

İrəvan qəbiristanlıqlarında azərbaycanlı məzarlarının qəsdən dağıdılması və hakimiyyətin əslində türklərə məxsus olan memarlıq obyektlərinə və artefaktlara erməni mənşəli abidələrə aid edilməsi cəhdləri üzə çıxıb. Xüsusilə söhbət İrəvanın mərkəzi meydanında aşkarlanmış və betonlanmış yeraltı şəhərlə bağlı qalmaqaldan gedir.

Sisyan şəhərində ərəbcə yazılara baxmayaraq, Azərbaycanın mədəni-tarixi irsinin erməni mədəniyyəti abidələri kimi təqdim olunduğu muzey də çəkilib.

Yeni sənədli filmdə CBC-nin çəkiliş qrupunun ekspedisiyası zamanı İrəvanın əsl sakinləri haqqında hansı sübutların tapılması barədə söhbət gedəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.