Cəmiyyət

2024-cü ildən uşaqpulu veriləcək?

20 Dekabr 2023 19:38
Baxış: 1 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin son iclasında uşaqpulu məsələsi yenidən gündəmə gətirilib. İctimaiyyətdə 7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində hakimiyyətin sosial paketinə bu məsələnin daxil edilib-edilməyəcəyi müzakirə olunur.

Milli.Az xəbər verir ki, deputat Fazil Mustafa Globalinfo.az-a açıqlamasında uşaqpulu məsələsinin gündəmə gətirilmədiyini bildirib.

"Uşaqpulu" Sovet dövrünün terminidir. Bu, ehtiyacı olan-olmayan hər kəsə vəsaitin verilməsini özündə ehtiva edir.

Lakin hazırda uşaqpulu məsələsi yox, müxtəlif kateqoriyadan olan uşaqların müavinət sisteminin genişləndirilməsi müzakirə edilir. Bu pul hansısa formada ehtiyacı olan ailələrə verilir, amma əhatəliliyi genişləndirilməlidir: 5-6 növ müavinət 10-15 növ olmalıdır. Ehtiyacı olan heç bir uşaq kənarda qalmamalıdır", - o vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.