Cəmiyyət

Müddəssir surəsi və fəziləti haqda bilmədiklərimiz

9 Dekabr 2023 04:00
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müddəssir surəsinin böyük fəziləti və xüsusiyyətləri vardır. Hər surənin, hər bir ayənin öz sirri olduğu kimi öz Muddəssir surəsi də misilsiz savaba malikdir.

Qurani Kərim yüz on dörd surədən ibarətdir. Hər surənin, hər bir ayənin öz sirri, öz batini vardır. Muddəssir surəsi də özünə məxsus bərəkəti olan surələrdəndir.

Bu surə də bəzi surələr kimi Peyğəmbərin adı ilə bağlıdır. Çünki ziyarətnamədə oxuyuruq: -"Əssəlamu aleykə ya Muddəssir". Bu surə Quranın yetmiş dördüncü surəsidir.

Peyğəmbər (s) bu surənin fəziləti barəsində buyurub: Bu surəni oxuyanların savabı Məkkədə peyğəmbəri təsdiq və təkzib edənlərin sayının on misli qədərdir. (Məcməul Bəyan. Cild-10)

Dgər bir rəvayətdə İmam Baqir(ə)dan nəql edilir ki: Hər kim bu surəni öz vacibi namazlarında oxusa Mütəal Allah özünə vacib edər ki, onu Peyğəmbəri Əkrəmlə (s) qonşu və bir dərəcədə qərar versin, dünya həyatında onun çətinliklərini və bədbəxtliklərini aradan aparsın. ( Səvabul-əmal. S-120)

İmam Sadiq(ə)dan nəql olunan bir hədisdə buyurulur: Quranı hifz etmək istəyən davamlı olaraq bu surəni qiraət etsə Allah Təala ona hifz etmək tofiqi verər. Çox istəsə Allah da daha çox əta edər.( Təfsirul Burhan. C-5. S-521)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.