Cəmiyyət

Nar bahadırsa, imkanı olmayan yeməsin - İqtisadçı

8 Dekabr 2023 16:07
Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nar bahadırsa, imkanı olmayan yeməsin.

Milli.Az bildirir ki, bunu Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

"Dədə-babadan bilirik ki, narın mövsümü sentyabr-oktyabr aylarıdır. Əgər dekabrda narın qiyməti bahalaşıbsa, biz onu yeməyə məcbur deyilik. Dekabrda nar yemək istəyirsənsə, gərək onun yüksək qiymətini də ödəyəsən. Əslində nar baha deyil. Əvvəllər yayda, payızda qış üçün saxlanıla bilən meyvə-tərəvəz tədarükü görülürdü. Nar da saxlanıla bilən meyvələr sırasındadır. Əgər indi bizim yerimizə bu tədarükü firma və mağazalar görürsə, biz də onların qoyduğu qiymətlə razılaşmalıyıq", - iqtisadçı bildirib.

İqtisadçının sözlərinə görə, bazar və marketlərdə narın qiyməti bir qədər də artırılmalıdır:

"Sahibkarlar ucuz vaxtı onları alıb saxlayır və bahalaşanda satışa çıxarır. Bu, tam normal prosesdir. Bazarlarda 3 narın qiyməti 4 manatdır , bir nar təxminən 1 manat 33 qəpiyə düşür. Əslində bu, çox ucuzdur. Hətta sahibkarlar narın qiymətini bir qədər artırıb, həmin meyvənin dəyərini qaldırmalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.