Cəmiyyət

Ermənistanla sərhəddəki bağça 30 ildən sonra istifadəyə verilib

4 Oktyabr 2023 16:47
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində fəaliyyəti dayandırılan uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verilib.

Milli.Az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.

Məlumat üçün bildirək ki, Məzəm kəndi Qazax rayonunun Ermənistanla sərhədə ən yaxın məsafədə yerləşir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılmışdı.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 26.07.2023-cü il tarixli əmrinə əsasən Məzəm kənd uşaq bağçası Təhsil İdarəsinin tabeliyində yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.