Cəmiyyət

Mirşahin Ağayev: "Üzeyirin ifasını dinləyərək, şəhid olan insanlar tanıyıram" - VİDEO

11 Sentyabr 2023 21:30
Baxış: 2 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" televiziyasının rəhbəri, Əməkdar jurnalist Mirşahin Ağayev açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, M.Ağayev qonaq olduğu "Gün işığı" səhər verilişində bayağı adlandırılan və zövqləri korlayan musiqilərdən söz açıb.

Televiziya rəhbəri bildirib ki, aşağı keyfiyyətli adlandırılan musiqiləri dinləyən şəhidlərimiz var: "İnsanların zövq emalatxanası olmalıdır. Burada isə insanlar zövqlərini tutuşdurmalıdırlar, hansı musiqilərə qulaq asmaq lazımdır.  Mən pis, aşağı əyarlı musiqi tanımıram.

Bizim aşağı əyarlı hesab etdiyimiz musiqi parçalarına qulaq asan şəhid olan insanlar tanıyıram. Tankçı tanıyıram ki, telefonunda Üzeyir Mehdizadəyə qulaq asır. Amma bu heç bir halda onu aşağılamamalıdır.

Bir valideyn ailəsindəki övlada xəstədir, şikəstdir, arıq və ya kökdür, savadlı və ya savadsızdır deyə yanaşmamalıdır. Necə ki, valideyn övladına yanaşır, siz də bütün musiqi janr və parçalarına qucaq açmalısız".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.