Cəmiyyət

Düyünün yenidən bahalaşacağı ANONSU VERİLDİ... - VİDEO

11 Avqust 2023 12:29
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtlarda ölkəmizdə düyünün qiyməti bahalaşa bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislər bunu xarici bazarda baş verən proseslərlə əlaqələndirirlər.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, hazırda düyünün qiyməti Asiyada təxminən 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Onun sözlərinə görə bahalaşmanın əsas səbəblərindən biri dünyada əsas istehsalçılardan olan hindistanın daxili bazarı qorumaq üçün ixraca qoyduğu məhdudiyyətlərdir. Rusiyanın da ixracla tətbiq etdiyi qadağalar qiymət artımına təsir edən amillərdəndir. Tayland düyüsünün qiyməti bir ton üçün 648 dollara qalxıb. Bu rəqəm 2008-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.

Ekspertin sözlərinə görə, qiymətlərin dəyişməsi Azərbaycan bazarına təsir edəcək. Çünki ölkəmizdə düyüyə olan təlabat əsasən idxal olunan məhsulla qarşılanır. Ekspert bildirib ki bu ilin 6 ayı ərzində 36 min ton düyü idxal edilib.

Dünya bazarında çay və qəhvə ilə bağlı vəziyyətdə ürəkaçan deyil. İqdisaçı ekspert Eldəniz Əmirovun sözlərinə görə qloblal iqtisadiyyatda baş verən təlatümlər starteji məhsulların qiymətinə mənfi təsir göstərir. Nəticədə bahalaşma qaçılmaz olur.

Ekspert əlavə edib ki 2023-cü ilin birinci yarısında ölkədən cəmi 3 milyon 18 min dollarlıq çay ixrac olunub. Bu əvvəlki dövrlə müqayisədə 3 dəfəyə yaxın azalma deməkdir. Ümumilikdə, 334 ton məhsul ixrac olunub. dünya bazarlarında müşahidə edilən bahalaşma, yerli istehsalın yetərli olmaması qiymət artımını qaçılmaz edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.