Cəmiyyət

Bina sakinləri bu komendantın əlindən “qan ağlayır” - VİDEO

27 Aprel 2023 16:36
Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda yaşayış binasinin komendantı sakinləri xüsusi formada cəzalandırıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bir neçə şəxsin borcuna görə, bütün bina sakinlərinin gündəlik istifadə etdiyti liftin fəaliyyəti dayandırılıb. Mənzillərə verilən içməli su isə kəsilib.

Sakinlər iddia edir ki, Elmar Məmmədov adlı komendant borclu qalan, indi isə binada yaşamayan şəxslərdən komunal haqqını ala bilmədiyindən yeni üsula əl atıb.   Hazırda sakinlər çarəsiz durumda qalıblar.

"Binalara nəzarət edən komendant Elmar Məmmədovla əlaqə qurmaq cəhdləri alınmayıb"

Ərazi üzrə Mənzil İstismar Sahəsindən "XəzərXəbər"ə bildirildi ki, şikayət edən vətəndaşların hamısı həmin binada kirayədə qalanlardır. Onlar da bu vaxta qədər heç bir komunal haqqını ödəməyib.

"Hazırda 69 saylı binanın Mənzil İstismar Sahəsinə 6900 manat borcu var"

Borc ödənildiyi təqdirdə problemlər aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.