Cəmiyyət

Siyavuş Novruzov: Niyə Mehman Hüseynovdan qorxursunuz?

25 Aprel 2023 16:52
Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digərlərinin fəaliyyətini müzakirə edirik. Kimin sözü varsa, müzakirə olunan məsələlər çərçivəsində parlamentdə tənqid də edə bilər, fikrini də söyləyə bilər, təklifini də söyləyə bilər ki, bu da dövlətin inkişafına, işlərin yaxşı getməsinə kömək olar".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

"Dəfələrlə burada müxtəlif sahələr, iqtisadiyyat, sosial sahə, mənzil məsələlər ilə bağlı dinləmələr keçirmişik. Burada təhsillə bağlı ən kəskin fikirlər də deyilib. Bu gün Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var? Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır. Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, niyə ondan qorxursunuz, nədən qorxursunuz? Gərək, belə şeylərdən uzaq olaq, belə şeylərə diqqət edək", - deyə Siyavuş Novruzov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.