Cəmiyyət

Tovuzda kəndlilərin canını boğazına yığan GECƏ KLUBLARI: araşdırma başladı

14 Aprel 2023 14:08
Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda sakinlər gecə klublarının fəaliyyətindən şikayət edirlər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sakinlərin bu barədə şikayəti sosial şəbəkələrdə yayılıb. Rayonun Aşağı Quşçu kənd sakinləri yanaşı olan 3 gecə klubunun bağlanmasını tələb edirlər. Onların sözlərinə görə, klubun müştəriləri günün müxtəlif saatlarında, əsasən də gecələr sərxoş halda gələrək səs-küy salırlar. Sakinlər bildirir ki, həmin klublarda şəxsiyyət vəsiqələri belə olmayan çoxlu sayda gənc qız var.

Bundan əlavə, kəndlilər məsələ ilə bağlı polisə də müraciət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. Onun sözlərinə görə, sakinlərin səsləndirdiyi iddialar araşdırma predmeti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.