Tovuzda sakinlər gecə klublarının fəaliyyətindən şikayət edirlər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, sakinlərin bu barədə şikayəti sosial şəbəkələrdə yayılıb. Rayonun Aşağı Quşçu kənd sakinləri yanaşı olan 3 gecə klubunun bağlanmasını tələb edirlər. Onların sözlərinə görə, klubun müştəriləri günün müxtəlif saatlarında, əsasən də gecələr sərxoş halda gələrək səs-küy salırlar. Sakinlər bildirir ki, həmin klublarda şəxsiyyət vəsiqələri belə olmayan çoxlu sayda gənc qız var.
Bundan əlavə, kəndlilər məsələ ilə bağlı polisə də müraciət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. Onun sözlərinə görə, sakinlərin səsləndirdiyi iddialar araşdırma predmeti olacaq.
Milli.Az