Cəmiyyət

"İmkanım olsaydı, Hacı Şahindən bircə kəlmə bunu soruşardım" - Lalə Azərtaş

3 Mart 2023 07:00
Baxış: 4 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyatdan doymamış gedilən nakam ölüm deyərəm. Yerinə yetməmiş arzumuz var idi. Artıq həyatda yoxdur. Üstüörtülü deyəcəyəm, çünki yerinə yetməmiş arzudan danışmağa dəyməz və onu həyata keçirməyə gücüm yoxdur. İki arzumuz vardı, biri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılmaq idi. O yerinə yetdi, digəri isə yox, çox təəssüf".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində dünən vəfat edən Hacı Şahin Həsənli ilə bağlı danışarkən deyib. O, ilahiyyatçı haqda xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib:

"Bu gün Hacıyla vidalaşmağa getmişdim, insan axını var idi. Onunla xudahafizləşəndə qulağına dedim ki, bizim ikinci arzumuz yerinə yetmədi, təəssüf. Sağ olsaydı, inanıram ki, "Heç üzülmə, Allah belə məsləhət görüb" deyərdi. İmkanım olsaydı, bircə kəlmə soruşardım. Hansı hissləri keçirdin ki, vatsapda bu sözləri yazdın?"

Qeyd edək ki, ilahiyyatçı ölümündən bir neçə saat əvvəl vatsap statusunda Xalq şairi Ramiz Rövşənin şeirindən "Mən bu ağlamalı, mən bu gülməli dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim" misralarını yazıb. (sfera.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.