Cəmiyyət

Evlərin sənədləşdirilməsi prosesi nə yerdədir? - VİDEO

28 Fevral 2023 14:10
Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Abşeron yarımadasında 500 minə yaxın sənədsiz ev var.

İndiyə kimi sənədsiz evlərin siyahıya alınması prosesi isə tam aparılmayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşlar evlərini sənədləşdirə bilmədikləri üçün bir sıra xidmətlərdən yararlana bilmirlər.

Əmlakın sığortalanması üçün onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Hətta kimsə istəsə belə, bu evləri sığortalaya bilmir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib ki, evləri inventarlaşdırmaq əsas prioritet məslələrdən biri olmalıdır.

Mövzuya münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, sənədsiz  evlərlərin siyahısı yerli rayon icra  hakimiyyətləri  tərəfindən hazırlanaraq Əmlak Məsələləri Dövlət Xidmətinə  göndərilir. Nəticəni bu qurumdan almaq  mümkündür.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, ötən il daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının sayı 2021-ci il ilə müqayisədə 25,2 faiz artaraq 382 min 319 ədəd təşkil edib. Yəni qurum yalnız müraciət əsasında əmlakların qeydiyyatı ilə məşğul olur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.