Cəmiyyət

XİN-də Türkiyədəki zəlzələ ilə bağlı Operativ Qərargah yaradılıb

6 Fevral 2023 19:19
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradılıb.

Nazirlikdən verilən məlumata görə, zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)

+994503422491 (24 saat)
[email protected]

Qeyd edək ki, Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb. Təkanlar ölkənin 10 vilayətində ciddi dağıntılara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.