"Alimpaşa Məmmədovdan 10 min manatımı tələb etdim" - İcra nümayəndəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəmkir rayon Dəllərcəyir kəndində 3 il icra nümayəndəsi işləmiş Tünzalə Hüseynova hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovdan şikayətçidir.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, dövlət qulluğunda fərqlənməyə görə prezident tərəfindən mükafatlandırıldığını, işlədiyi müddətdə heç bir töhməti olmadığını söyləyib.
Tünzalə Hüseynova qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, attestasiyadan keçən, mükafatlandırılan və əmək fəaliyyəti boyu töhmət almayan şəxs yaşı 65-i ötsə də müqavilə ilə çalışa bilər.
Onun sözlərinə görə, Şəmkir rayonunda bazar tikilən zaman sabiq başçıya 10 min manat pul verib: "Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində də məlumat vermişəm. Qonşu Dəlləkcırdaxanı kəndindən olan Rusiyada işləyən uşaqlar 50 min manat pul göndərmişdilər. Bizdə pul haradan idi?! Alimpaşa Məmmədov heç kəsi adam yerinə qoymurdu, harınlamışdı. Şəmkirə gələn gündən mənimlə yola getmirdi. Gedib verdiyim 10 min manatı tələb etdim, dedim ki, orada tikilən "butka"lar heç kəsə lazım deyil, aparıb kənara da atmısınız. Sonra bazarın müdirini çağırdı, ayda iki min manat olmaqla 10 min manatı qaytardılar. Fevral ayında 10 min manat tamamilə qaytarılanda onun "bandası"ndan YAP rayon təşkilarının sədri Fəxrəddin Vəliyev, Qüdrət müəllim, Rasim məni çağırdılar ki, gəl, istefa ərizəsi ver. Dedim ki, o kimdir, ərizə verim, birincisi, mənim müqaviləmin müddəti sentyabrda başa çatır. Şəxsi məktub yazmışdım, surətini saxlamışam, yəqin Şəmkir İcra Hakimiyyətində də olar, məktubu oxuyandan sonra məni çağırdılar. Dedi ki, yaşın 65-i keçib, ərizəni ver, dedim çıxmıram, 32 ildir işləyirəm, indiyədək əmək fəaliyyətimdə heç bir nöqsanım olmayıb".
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır





