Cəmiyyət

Zabuxda su anbarı tikiləcək

16 Noyabr 2022 19:14
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi nəzərdə tutulub.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda öz əksini tapıb.

İşi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC icra edəcək. Digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Kənd Təsərrüfatı Nazirliyidir.

Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.