Xaçmaz şəhərində qardaş qardaşı mirasa görə döyüb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Səid Qurbanov küçəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, 1971-ci il təvəllüdlü Bayramov Nazim Bayram oğlu miras qalan əmlaka görə qardaşı tərəfindən döyülüb.
Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az