Xaçmazda qardaş qardaşı mirasa görə döyüb

15 Noyabr 2022 08:22

Xaçmaz şəhərində qardaş qardaşı mirasa görə döyüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Səid Qurbanov küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, 1971-ci il təvəllüdlü Bayramov Nazim Bayram oğlu miras qalan əmlaka görə qardaşı tərəfindən döyülüb.

Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az