Cəmiyyət

“Avtoş”luq edib videosunu paylaşan şəxs saxlanıldı

29 Oktyabr 2022 20:28
Baxış: 1 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada avtoxuliqanlıq edib, sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü müəyyən edilib.

Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Ramazan Mahmudov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.