Cəmiyyət

Binəli Yıldırımın düşdüyü qəzayla bağlı Bakıya ambulans təyyarə gəlir

21 Oktyabr 2022 07:14
Baxış: 2 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyədən təcili yardım təyyarəsi yola düşüb. Bir neçə saata Bakıda olacaq".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çəlik Zəngilan hava limanı istiqamətində yol qəzasına düşən AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın durumu ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Buradakı həkimlərimiz "vəziyyət stabildir, gedə bilərsiniz" desələr, təcili yardım təyyarəsi ilə Türkiyəyə gedəcəyik. Hal-hazırda vəziyyətləri yaxşıdır. Allaha şükür, ciddi problem yoxdur. Səhər yenidən baxılacaq. Narahat olacaq durum yoxdur. Həkimlərin tövsiyəsinə uyğun addım atacağıq. Binəli bəy və Şamil bəyin sağalacaqları günə qədər Bakıda qalacağıq. Mühafizəçi Oğuzxanı da gördük, onun da durumu yaxşdır. Azərbaycanlı sürücü qardaşımızın da durumunun yaxşı olduğunu bildirdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təyyarədə birgə gəldik. Çox sağ olsun, şəxsən çox yaxından maraqlandı. Səhiyyə naziri Teymur bəy də buradadır. Maraqlanan hər kəsə təşəkkür edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.