İstilik sistemləri sayğaclaşdırılacaq: Bu üsul vətəndaşla qurum arasında münasibətləri tənzimləyə biləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azəristiliktəchizat" ASC sayğaclaşma ilə bağlı müvafiq şirkətlərlə danışıqlara başladığını elan edib. Qurumdan bildirilib ki, 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə kimi müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur. Məlumdur ki, istilik təchizatı ilə bağlı illərdir ki, sözügedən qurumla vətəndaşlar arasında narazılıqlar var. Hər istilik mövsümü gələndə bu problemlər yenidən gündəmə gəlir. Vətəndaşlar istiliyin verilməməsindən, "Azəristiliktəchizat" ASC isə vətəndaşların borclarını ödəməməsindən şikayət edir. Bəs sayğaclaşma prosesi necə olacaq? Bu sistem vətəndaşla qurum arasındakı münasibətləri tənzimləyə biləcəkmi? Ən əsası, vətəndaşın istilik problemli həll olunacaqmı?
Məsələ ilə bağlı "Kaspi" qəzeti araşdırma aparıb.
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı "Kaspi"yə açıqlamasında bildirdi ki, ASC-nin sayğaclaşdırma layihəsi pilot olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulur. Qurum rəsmisinin sözlərinə görə, bu layihə müəssisənin fəaliyyətinin müasirləşdirilməsinin və dünyadakı ən yaxşı təcrübələrə uyğun qurulması işinin tərkib hissəsini təşkil edir: "Qeyri-əhali seqmenti dövlət və özəl müəssisələri, qurumları əhatə edir. Bizdən istilik xidməti alan yaşayış binalarında pilot sayğaclaşdırma hazırda nəzərdə tutulmur. Bu binaların gələcəkdə sayğaclaşdırılması pilot layihənin nəticələrindən asılı olacaq".
Həmsöhbətimiz deyir ki, sayğaclaşdırma üzrə pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin səmərəliliyini təmin etmək, istilik xidmətinin keyfiyyətini artırmaq, bunun üçün tələb olunan resursların daha effektiv planlaşdırılmasını təmin etməkdir: "Abonentlər üçün isə sayğaclaşdırmanın ən böyük faydası istifadə etdikləri istilik enerjisinin dəqiq və dolğun uçotunu aparmaq, daha dəqiq resurs planlaşdırmasını qeyd etməkdir. Bu layihə reallaşdıqda vətəndaşlar istifadə etdikləri enerjiyə mütənasib ödəniş aparmaqla, vəsaitlərinə qənaət edə biləcəklər. "Azəristiliktəchizat" ASC ölkəmizin inkişafı, rifahı naminə öz fəaliyyətini gücləndirərək və müasirləşdirərək davam etdirir".
Enerji məsələləri üzrə ekspert İlham Şaban hazırkı prosesi müsbət addım kimi qiymətləndirir. Mütəxəssis vurğulayır ki, pilot layihə uğurlu olsa və yaşayış binalarında da həyata keçirilsə, insanlar bundan faydalanacaq və sərfiyyat borclarını da vaxtlı-vaxtında ödəyəcəklər: "Sayğacları binada quraşdırmaq çətin proses deyil. Bunu çox sadə şəkildə həyata keçirmək olar. Qızdırıcı radiatora su haradan gəlirsə, onun girişində sayğac quraşdırıla bilər. Bu gün insanlar ona görə istilik üçün pul ödəmirlər ki, bundan yararlana bilmirlər. Vətəndaş ödənişini etmir və deyir ki, sən məndən 5-6 ay istilik mövsümünə görə pul alırsan, ancaq 2 ay istilik verirsən. Bu, ədalətsizdir. Sayğac sisteminin quraşdırılması çox yaxşı olar. Quraşdırılan sayğac təkcə nə qədər su sərf olunduğunu hesablamır, həm də temperaturu qeydə alır. Məsələn, minimal temperatur 40 dərəcə olmalıdır, amma göstərici 50 dərəcədir. Sayğac bunu yazacaq. Belə olsa, insanlar da faydalanacaq və pulunu ödəyəcəklər".
Mütəxəssis vurğulayır ki, biz bu sahədə dünya ölkələrindən çox geridə qalmışıq: "Xaricdə isti və soyuq suyun sayğacları fərqlidir. Bizdə bu, yeni tikililərdə də nəzərə alınmır. İnsanlar nə üçün kombiyə, İran sobalarına üz tuturlar? Çünki onlara lazım olan istiliyi oradan alırlar. Mən əgər istiliyi "Azəristiliktəchizatdan" ala bilirəmsə, kombi quraşdırmaq onun istismar xərcindən sərfəlidirsə, nə üçün daha artıq pul ödəyib kombi quraşdırım? Bizdə mərkəzləşdirilmiş istilik sistemi olsa, qaza da qənaət etmək olardı. İş düzgün qurulsa, pul yığmaq problemləri də olmayacaq".
Qeyd edək ki, hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Yəni havaların isti və soyuq keçməsindən asılı olmayaraq, tətbiq olunan tarif eynidir. Sayğaclar isə verilən istilik enerjisinin miqdarını ölçəcək və qiymət də bunun müqabilində ödənəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur





