Cəmiyyət

Bakıda qapısı sınıq avtobusla sərnişin daşınır - VİDEO

1 Sentyabr 2022 19:40
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobusun qapısı sınıq halda sərnişin daşınıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sərnişin avtobusu hərəkətdə olarkən qapısı sınıb.

Sürücü isə buna məhəl qoymayraq yoluna davam edib. Sərnişinlərdən biri bununla bağlı sosial şəbəkələrdə şəkil paylaşıb.

Hadisə 2-3 gün əvvəl 161 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib. Avtobus Hövsan dairəsindən Suraxanı dairəsinə qədər hərəkət edir. Təfərrüatları öyrənmək üçün əraziyə yollandıq. Çəkiliş zamanı həmin avtobusu da tapdıq.

Marşrut xəttinin kolon rəisi Fuad Nəsirov deyir ki, qapının sınmasına səbəb sərnişinlər olub.

Çəkiliş zamanı avtobusun qapısı bir daha sındı. Fuad Nəsirov dəqiqələrlə həmin problemi aradan qaldırmağa çalışdı. Çətinliklə də olsa qapını birtəhər yerinə oturtmaq mümkün oldu.

Fuad Nəsirov deyir ki, xəttin müvəqqəti istismarçısı olan ''Azland Plaza'' şirkəti tərəfindən yeni avtobuslar alınıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentlindən bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən marşrut xətti də daxil olmaqla, ümumilikdə 7 xətt üzrə sərnişindaşıma xidmətinin vəziyyəti qənaətbəxş hesab edilmir. Bu səbəbdən Agentlik həmin xətlər üzrə avtobusların yenilənməsi üçün daşıyıcı şirkətlər arasında müsabiqə elan edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.